Polis Şirvanda tufeyli həyat tərzi sürən 12 nəfəri saxladı

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, son iki gün ərzində polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 12 nəfər şəxs müəyyən edilərək saxlanılıb və şöbəyə gətirilib. Burada onlarla profilaktiki söhbətlər aparılıb, hər biri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Şirvan şəhər məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə onlardan 7-i inzibati qaydada həbs olunub, 5-i isə müxtəlif məbləğlərdə cərimələnib. Cərimə olunan şəxslər daha sonra isə qeydiyyatda olduqları şəhər və rayonlara göndəriliblər.
Bundan əlavə, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq dilənçiliklə məşğul olan şəxsləri müvəqqəti yaşamaq üçün evlə təmin edən 3 nəfər şəhər sakini də müəyyən edilib, onlara ciddi xəbərdarlıq edilməklə barələrində qanunamüvafiq tədbirlər görülüb.
Bu halların qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












