Prokuror gömrükçülərlə bağlı hökmə etiraz etdi

Qaçaqmalçılıqda təqsirləndirilən Dövlət Gömrük Komitəsinin sabiq vəzifəli şəxsləri barəsində çıxarılan hökmdən apellyasiya protesti verilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən il iyulun 8-də DGK-nın əməkdaşları Pərvin Dursunəliyev, Mənsur Mehdiyev və onların tanışı Əli İbrahimovun tamah niyyəti ilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Heydər Əliyev Beynəlxalq Hava Limanına təxminən 1,4 kq çəkidə, 190 min 400 manat dəyərində, 999,9 əyarlı, 5 ədəd qızıl külçəni qaçaqmalçılıq yolu ilə ölkəyə gətirmələri faktı üzrə cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində yekunlaşdırılıb.
Məhkəmənin hökmü ilə onların hər biri 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə də, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq cəza 2 il sınaq müddəti ilə şərti hesab edilib.
Həmin hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilib.
Məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən saytımıza təsdiq ediblər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












