Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb

Xəzər dənizinin Bakı, Sumqayıt şəhərləri, Siyəzən, Xaçmaz rayonları akvatoriyasında, Mingəçevir su anbarında və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmət rəsmisi Bəhruz Məhəmmədov Avtosfer.az-a bildirib ki, Xidmətin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı brakonyerlərin Bakı şəhər sakini Ələsgər Vahabov, Sumqayıt şəhər sakini Ziyad Əhmədov, Xaçmaz rayon sakinləri Emirmət Vəlimətov və Ceyhun Səmədov, Siyəzən rayon sakini Nəsrəddin Musayev, Mingəçevir şəhər sakini Sahib Mahmudov, Yevlax rayon sakini Vasif Bəkirov və Salyan rayon sakini Daşqın Əliyev olduğu müəyyən edilib:
"Onlardan istifadəsi qadağan olunmuş ov alətləri və 620 metr uzunluğunda sintetik tor götürülüb".
B.Məhəmmədov onu da qeyd edib ki, eyni zamanda, keçirilən nəzarət tədbirləri zamanı Şabran, Biləsuvar və Neftçala rayonlarında qanunsuz ov edən şəxslər saxlanılıb: “Araşdırma zamanı brakonyerlərin Quba rayon sakini Zabit Əliyarov, Biləsuvar rayon sakinləri Ələkbər Bədəlzadə və Saleh Hüseynli, Neftçala şəhər sakini Xəyal Sadıqov olduğu məlum olub. Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib edilib”.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












