Qanunsuz balıq ovuna qarşı mübarizə tədbirləri davam etdirilir - FOTOLAR

Balıqçılıq və Akvakultura Mərkəzi balıq populyasiyalarının artırılması, akvakultura proseslərinin təkmilləşdirilməsi, su bioresurslarının mühafizəsi və qanunsuz balıq ovuna qarşı mübarizə istiqamətində tədbirləri davam etdirir.
Avtosfer.az xəbər verir ki, mərkəzin əməkdaşları tərəfindən qanunsuz balıq ovunun qarşısını almaq məqsədilə mütəmadi reydlər keçirilir, aşkarlanan qanun pozuntuları üzrə protokollar, aktlar və qərarlar tərtib olunur, iddialar qaldırılır, təbiətə dəymiş ziyan hesablanaraq müvafiq cərimələr tətbiq edilir.
2026-cı ilin yanvar və fevral ayları ərzində Mərkəz tərəfindən 13 qanunsuz balıq ovu faktı aşkarlanıb, 15 inzibati protokol tərtib edilib. Bu dövrdə 15 000 manat məbləğində inzibati cərimə tətbiq olunub, təbiətə 2 843,5 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
İcra olunmuş tədbirlər çərçivəsində Xəzər dənizi istiqamətində, Novxanı qəsəbəsi sahəsində 2 qanun pozuntusu faktı aşkarlanıb, inzibati qaydada protokollar tərtib edilərək 2 000 manat cərimə tətbiq edilib, ovlanan siyənək balığına görə təbiətə 132 manat ziyan dəydiyi hesablanıb.
Eyni zamanda Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində qeydə alınmış fakt üzrə 1 000 manat cərimə tətbiq edilib, qarabel və siyənək balıqlarının qanunsuz ovlanmasına görə təbiətə 154 manat ziyan dəydiyi hesablanıb.
Xaçmaz rayonunun Müqtədir qəsəbəsində 6 fevral və 11 fevral tarixlərində aşkarlanan qanunsuz ov faktları üzrə hər birinə 1 000 manat olmaqla cərimələr tətbiq edilib, ovlanması qadağan olunmuş nərə cinsli 1 ədəd uzunburun və 3 ədəd bölgə və kütüm balıqlarına görə təbiətə ümumilikdə 1 424,5 manat ziyan dəyməsi müəyyən edilib.
Sumqayıt şəhəri, H.Z. Tağıyev qəsəbəsi istiqamətində qeydə alınmış iki fakt üzrə hər biri üçün 1 000 manat cərimə tətbiq edilib, ovlanmış kütüm və siyənək balıqlarına görə ümumilikdə təbiətə 99 manat ziyan dəydiyi müəyyənləşib.
Mingəçevir su anbarının sağ sahilində, Samux rayonunun inzibati ərazisində aşkarlanan fakt üzrə 1 000 manat cərimə tətbiq edilib, sıf və daban balığı ovu nəticəsində təbiətə 242 manat ziyan dəydiyi müəyyənləşib.
Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində keçirilmiş reyd zamanı qadağan olunmuş ov aləti olan elektrik cərəyanı ilə üç qanunsuz balıq ovlanması faktı aşkarlanıb, inzibati qaydada 5 protokol tərtib edilərək 5 000 manat cərimə tətbiq olunub. Müxtəlif balıq növlərinin qanunsuz ovlanmasına görə təbiətə 792 manat ziyan dəydiyi müəyyən edilib, qanunsuz ov alətləri maddi sübut kimi götürülüb.
Son günlər sosial şəbəkələrdə Neftçala rayonunun Mirqurbanlı kəndi ərazisində qanunsuz balıq ovu ilə bağlı paylaşılan məlumatlar yerində araşdırılıb. Aparılan yoxlamalar zamanı Neftçala rayonunun Mirqurbanlı kəndi ərazisindən keçən Baş Mil–Muğan kollektoru istiqamətində qanunsuz balıq ovu faktı aşkarlanıb, inzibati qaydada 2 protokol tərtib edilərək 2 000 manat cərimə tətbiq edilib.
Bununla yanaşı, Baş Mil–Muğan kollektorundakı vəziyyət nəzarətə götürülüb, qanunvericiliyə uyğun olaraq tədbirlər davam etdirilir.
Qeyd olunan pozuntular və dəymiş ziyanın ödənilməsi ilə bağlı aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciətlər olunmaqdadır.
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA
Bu yolda sürət həddi AZALDILDI
Bakı Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək - FOTO
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
















