Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödədi

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə mətbuata açıqlama ilə çıxış edib.
O, açıqlamasında qeyd edib ki, əvvəllər də Azərbaycan ictimaiyyətinə məlum olduğu kimi, 2025-ci ilin oktyabrın 21-də Paris Cinayət Məhkəməsi tərəfindən Qənimət Səlim oğlu Zahidov barəsində hökm çıxarılıb və həmin hökmə əsasən o, Fransa qanunları ilə cinayət törətmiş şəxs hesab olunub və bu ölkədə cinayət törətmiş şəxslər kateqoriyasına daxil edilib.
Məhkəmə yekun qərarında bildirib ki, həmin şəxs barəsində məhkumluğun yaranması onun hansısa cəzaya məhkum edilməsindən daha vacibdir.
"Azərbaycan tarixində ilk dəfədir ki, xaricə sığınmış, Azərbaycan dövlətinə, Azərbaycan dövlət rəsmilərinə, Azərbaycanın ayrı-ayrı ictimai-siyasi xadimlərinə qarşı şər-böhtan atan, qara yaxan, həqiqətə uyğun olmayan fikir ifadə edən bəzi blogerlərdən biri olan Qənimət Zahid haqqında sığındığı ölkədə belə bir qərarın əldə olunmasına nail olunub".
Çingiz Qənizadə bildirib ki, 2019-cu ildə başlatmış olduğu ədalət mühakiməsi prosesini 2025-ci ilin oktyabrın 21-də uğurla sona çatdırmağa nail olub. O, prosesin uzun müddət çəkməsini pandemiya dövrü ilə əlaqələndirib.
"Sonda qeyd etmək istəyirəm ki, həmin hökmlə bağlı Qənimət Zahidov həm Fransa qanunları ilə cəzalanaraq orada cərimə ödəməli olub, həm də mənə dəymiş maddi və mənəvi zərərlərə görə o kompensasiya ödəmək öhdəliyi onun boynuna qoyulub.
Düzdür, uzun müddətdir o bundan yayınmağa çalışırdı. Fransadakı vəkillərimin səyi, bacarığı və qanuna hörmət edən şəxslər kimi onların vəkillərinin də təzyiqi nəticəsində Qənimət Zahid Fransa məhkəməsinin çıxardığı zərərin ödənilməsi ilə bağlı kompensasiyaları iki gün öncə tam ödəyib.
Bu bir qələbədir və mənim niyyətim, məqsədim bu cür insanları sığındıqları ölkələrdə cəzalandırmaq idi və buna da nail oldum" - Çingiz Qənizadə fikrini yekunlaşdırıb./demokrat.az
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












