"Qida terrorunun qarşısı alınmalıdır”

"Bu günlərdə marketlərdən birində kifli pendirin kif olan hissəsinin kəsilib yenidən satışa qoyulması ilə bağlı görüntülər yayılmışdı. Minlərlə soydaşımız keyfiyyətsiz məhsul almağa davam edir”.
Avtosfer.az xəbər verir ki, bunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsinin müzakirəsi zamanı bildirib.
“Çox ciddi bir faktdır. Bundan başqa, hansısa toyda, şənlikdə 200 adam zəhərlənir, amma nəticəsi nə olur? Heç kəs cəzalandırılmır.
Bir ara “Leş Tofiq” adı ilə tanınan şəxs də ölü ət satırdı, tutulurdu, amma 3 gündən sonra azad edirdilər. Ombudsmanla əməkdaşlığı yenidən qurmalıyıq. Bu, olduqca təhlükəli faktdır. Azərbaycan vətəndaşlarına qarşı qida terrorunun qarşısı alınmalıdır”, - Ç.Qənizadə qeyd edib.
Millət vəkili televiziya efirləri ilə bağlı məsələyə də reaksiya verib: “Bundan başqa, əxlaqsız kişi və qadınları sosial şəbəkələrdən, telekanallardan yığışdırmaq üçün səsimizi ucadan çıxaraq. Səsimiz çox zəif çıxır”./qafqazinfo
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












