Qırmızı Xaç Komitəsi tibbi yardım dəsti ianə edib

Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) 10 ədəd “Döyüş yaralıları üçün tibbi yardım dəsti” ianə edilib.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin səhiyyə proqramı üzrə məsul əməkdaşı Tərlan Ağayev ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin müdiri Ramin Ağayev sözügedən yardımın qəbul edilməsi məqsədilə təhvil-təslim mərasimində iştirak ediblər. Qeyd olunan dəstin 1 ədədi 50 nəfər ağır döyüş yaralısına keyfiyyətli tibbi yardım göstərilməsi üçün nəzərdə tutulur.
Komitə tərəfindən TƏBİB-in tabeliyində olan “Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası”na sarğı materialı, əlcəklər və s. tibbi sərfiyyat materialları ianə edilib.
Qeyd olunan ianələr dəstək üçün müxtəlif stansiya və xəstəxanalara paylanılıb.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












