“Qış təlimi-2021”də iştirak edən hərbçilərimiz xidməti yerlərinə qayıdıblar - FOTO

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Türkiyə Respublikasının Qars şəhərində keçirilmiş “Qış təlimi-2021”də ölkəmizi layiqincə təmsil edərək xidmət yerlərinə qayıdıblar.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, fevralın 11-də “Qış təlimi-2021”in “Yüksək Səviyyəli Müşahidəçi Günü” və döyüş atışlı mərhələsi keçirilib. Təlimin döyüş atışlı mərhələsində hərbi daşıma və hücum vertolyotlarının dəstəyi ilə desant qrupları düşmən hədəflərinin olduğu nöqtəyə irəliləyiblər.
ATAK hücum helikopterləri xüsusi təyinatlıların təhlükəsizliyini təmin edib. PUA-ların dəstəklədiyi artilleriyaçılar təyin olunan düşmən mövqelərini məhv ediblər. Zirehli texnikaların ekipajları tankların və piyadaların döyüş maşınlarının tətbiqi ilə müxtəlif manevrlər və atışlar həyata keçiriblər. Aviazərbələrlə düşmən tanklarını imitasiya edən hədəflər məhv edilib. Keçidaçma sistemi vasitəsilə minalardan təmizlənən sahədə irəliləyən qoşunlarımızın maneəsiz hərəkəti mühəndis bölmələri tərəfindən təmin olunub. Snayper cütlüklərinin hədəfləri tam dəqiqliyi ilə məhv etdiyi təlimdə helikopterlər topları təlim sahəsinə gətiriblər. Azərbaycan və Türkiyə Respublikalarının dövlət bayraqlarının açıldığı paraşüt atlayışı ilə təlim başa çatıb.
“Qış təlimi-2021”ə hər iki qardaş ölkənin mətbuatı ilə yanaşı, xarici kütləvi informasiya vasitələri də böyük maraq göstərib. Türkiyə televiziyalarının hazırladığı reportajlarda Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının peşəkarlığından danışılıb, təlim iştirakçılarından müsahibələr alınıb.
Qış təlimində iştirak etmiş hərbi qulluqçularımız fevralın 12-də xidmət yerlərinə qayıdıblar. Türkiyə Respublikasından qayıdan şəxsi heyət hərbi hissələrdə təntənəli mərasimlə qarşılanıb.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO













