Qobudakı kərpic zavodu ilə bağlı şikayət araşdırıldı

Abşeron rayonu Qobu kəndi ərazisində yerləşən kərpic zavodunun fəaliyyəti zamanı atmosferə tullantıların atılması və qanunsuz qazıntı işlərinin aparılması ilə bağlı daxil olan şikayət 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.
Avtosfer.az xəbər verir ki, bunu İdarənin rəisi Asif Məcidov bildirib.
“Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birgə aparılan araşdırma və monitorinq zamanı zavoddan atmosfer havasına normadan artıq tullantının atılmadığı, ərazidə hasilat işi aparan zavodun kərpic istehsalı üçün Dağ-mədən Ayırması Aktı ilə yer təkindən istifadə hüququnun və ekoloji normativ sənədlərinin olduğu müəyyən edilib.
Eyni zamanda, sənaye təyinatlı torpaq sahəsində yerləşən zavodun 2005-ci ildən müvafiq sənədlər əsasında fəaliyyət göstərdiyi məlum olub. İcra orqanlarının verdiyi məlumatda isə yaşayış evlərinin zavodun ətrafında sonradan tikildiyi və sanitar mühafizə zolağının tələblərinin gözlənilmədiyi bildirilib”, - İdarə rəisi qeyd edib.
A.Məcidov onu da bildirib ki, 27 avqust 2024-cü ildə sözügedən kərpic zavodunda keçirilən monitorinq və araşdırma zamanı zavodda qaz-toz tutucu qurğunun quraşdırılmadığı müəyyən edilib:
“Faktla bağlı müəssisənin icraçı direktoru Məcid Məmmədov barəsində protokol tərtib olunaraq, 2000 manat məbləğində cərimə olunub. Ona qaz-toz tutucu qurğunun quraşdırılması üçün “ekoloji tələb” verilib və qurğunun quraşdırılması təmin edilib”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












