Qubada körpü qəzalı vəziyyətə düşüb - VİDEO

Quba rayonunun Kardaş kəndinin sakinlərinin istifadə etdiyi taxta körpü yararsız hala düşüb.
Xezerxeber.az-ın məlumatına görə, kənd sakinləri ip üzərinə bərkidilmiş qırıq taxtaların üstü ilə gedirlər.
40 il əvvəl düzlədilən taxta körpü indi yararsız haldadır. Ona görə də burada hər an xoşagəlməz hadisə baş verə bilər.
Kəndi Çağacuq çayı iki yerə ayırır. Kənddə 35 ev, 160-dan çox əhali yaşayır. Kəndin bir hissəsi çayın sağ sahilində, digər hissəsi sol sahildə yerləşir. Körpünün bu başından o biri tərəfinə keçmək üçün sakinlər məcburən bu körpünən istifadə edirlər.
Kənd evlərinin 20-si bir sahildə, 15-i digər sahildə yerləşir. Kəndin yeganə 4 illik modul tipli məktəbi çayın sağ sahilində yerləşir. Bu 4 illik məktəbi bitirdikdən sonra uşaqlar, yuxarı siniflərdə oxumaq üçün Pirvahid kənd orta məktəbinə gedirlər. Körpünün qəzalı vəziyyətdə olması isə onların işini çətinləşdirir.
Məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyətinə müraciət etdik. Bildirildi ki, həmin körpü Rostov kənd bələdiyyəsinin balansındadır.
Rustov kənd bələdiyyəsinin sədri Aydın Kazımov isə açıqlamasında deyib ki, bələdiyyə büdcəsində hazırda vəsait yoxdur. Lakin körpünün yaxın vaxtlarda təmir olunması planlaşdırılır.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












