Rasim Məmmədovun 15 il həbsi istənildi

"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun məhkəməsi yekunlaşmaq üzrədir.
Avtosfer.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı Orxan Səmədov çıxış edib. O, Rasim Məmmədovun 15 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Bundan başqa dövlət ittihamçısı iş adamına və onun yaxınlarına məxsus üzərinə həbs qoyulmuş 70 milyon manat dəyərindəki əmlakların da müsadirəsini tələb edib. Həmin əmlakların sırasındakı ən bahalı obyektlər R.Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovaya məxsus Badamdar qəsəbəsində yerləşən Bakı Oksford Məktəbi (24 milyon manat) və Sumqayıt şəhəri, "Kimyaçılar" qəsəbəsində yerləşən "No FE ROS" şirkəti və torpaq sahəsi (36 milyon manata yaxın) olub.
Xatırladaq ki, R.Məmmədov 2021-ci ildə DTX-nin keçirdiyi əməliyyatla həbs olunub. O, 185 milyon manatlıq yeyintidə ittiham olunur. (qafqazinfo.az)
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












