Rəşt-Astara dəmir yolunun tikintisi üç ildən çox çəkə bilər

Rəşt-Astara dəmir yolunun tikintisi üzrə Rusiya ilə birgə layihənin həyata keçirilməsi üç ildən çox vaxt apara bilər.
Bunu çərşənbə axşamı Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Transtek” beynəlxalq forumunun plenar iclasında İranın sənaye, mədən və ticarət nazirinin müavini, Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əlireza Peymanpak deyib.
"Biz Rusiya ilə Rəşt və Astara şəhərləri arasında dəmir yolu nəqliyyatının infrastrukturunu inkişaf etdirməliyik, lakin təəssüf ki, bu layihə yaxın üç il ərzində tamamlanmaya bilər, çünki bunlar, deyək ki, uzaq gələcək üçün tətbiq olunan tədbirlərdir", - nazir müavini iki ölkənin logistika və yükdaşıma sahəsinə qarşı sanksiyaların bərabərləşdirilməsinə yönəlmiş praktiki addımlara sürətlə keçməsinin zəruriliyindən danışarkən deyib.
Qeyd edək ki, Rəşt-Astara xəttinin uzunluğu 170 km olacaq. Layihənin məqsədi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirməkdir ki, bu da Transxəzər marşrutunun iqtisadi səmərəliliyini artıracaq. Ehtimal olunur ki, Rəşt-Astara xətti Moskva və Tehranın, Astara (İran) - Astara (Azərbaycan) xətti isə Moskva, Tehran və Bakının iştirakı ilə inşa ediləcək. (report)
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












