Rövşən Tağıyev: “Şəhərdaxili yollarda sürət həddinin endirilməsi effektiv ola bilər”

“Əvvəllər yüksək sürətin tıxacı aradan qaldırmağa xidmət etdiyinə inanılırdı. Lakin bu gün ekspertlər düşünürlər ki, sürətin endirilməsi yollarda stabil ötürücülüyün bərpası üçün ən optimal çıxış yoludur”.
Avtosfer.az xəbər verir ki, bu fikirləri Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında nəqliyyatın sıxlığı ilə bağlı mövzuya münasibət bildirərkən deyib.
O bildirib ki, buna misal olaraq Finlandiyanı nümunə gətirə bilərik:
“Oslo şəhəri təhlükəsizliyi ilə tanınır. İstər orada, istərsə də Avropanın digər şəhərlərində şəhərdaxili sürət həddi 30-50 km/saat təyin edilib. Yol hərəkəti təhlükəsizliyi baxımından bu təcrübə tətbiq edilir və müsbət effekti də görülür. Bu səbəbdən düşünürəm ki, bu təcrübənin Bakı yollarında tətbiq edilməsi tıxacların azalmasına xidmət edə bilər.
Sürət həddinin endirilməsi tətbiq edilən ölkələrdə piyadavurmaların sayı kifayət qədər azdır. Bakıda yol-nəqliyyat hadisələrinin 63 faizini piyadavurmalar təşkil edir. Düşünürəm ki, şəhərdaxili yollarda sürət həddinin endirilməsi praktikası müsbət nəticə verə bilər”.
oxu.az
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












