Röya Ayxanın adından dələduzluq - FOTO

Xalq artisti Röya Ayxanın adından Niderlandın paytaxtı Amsterdamda keçirilməsi nəzərdə tutulan konsertlə bağlı saxta elanlar yayılıb.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan afişalarda müğənninin 2027-ci il yanvarın 30-da Amsterdamdakı “De Koning Saal”da səhnəyə çıxacağı qeyd olunub.
Elanlarda sənətçinin fotolarından istifadə edilib, bilet almaq istəyənlər üçün əlaqə nömrələri də göstərilib.
Yayılan məlumatlarla bağlı Röya Ayxan özü açıqlama verərək həmin tarixdə və məkanda konsertinin nəzərdə tutulmadığını bildirib. O, afişaların rəsmi komandası tərəfindən hazırlanmadığını vurğulayıb.
Xalq artisti izləyicilərinə saxta elanlara aldanmamaq, həmin nömrələr vasitəsilə bilet sifariş etməmək və ödəniş etməmək barədə xəbərdarlıq edib. Müğənni konsertləri ilə bağlı doğru məlumatların yalnız rəsmi sosial media hesablarında paylaşılacağını diqqətə çatdırıb.
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Güclü küləkdə bayrağı xilas etmək istədi - VİDEO
"Xalqımızın birliyi dünyaya nümunədir" - PREZİDENT
Şuşanın işğaldan azad olunmasından altı il ötür
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR













