Banner

Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO

Avtoxəbər 10 Noyabr 2026 12:56
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya?  - FOTO
WhatsApp kanalımıza abunə olun

Avropanın avtomobil sənayesində böhranın mövcudluğu Polişinelin sirridir. İstehsalçılar məsələdən çıxış yolu axtardıqları bir dövrdə avtomobil tarixçiləri yaxın keçmişə nəzər salıblar. Nəticədə indiki vəziyyətlə oxşarlıqlar tapılıb.

"Toyota" şirkəti gələn il Şanxayda açacağı zavodda “Lexus” istehsal edəcək.

Avtosfer.az xəbər verir ki, oxşar vəziyyət Avropada 60-70-ci illərdə də müşahidə edilib. O zaman vəziyyətdən çıxış yolu kimi avropalılar öz zavodlarını yaponlara açdılar. Məqsəd əlavə sərmayə cəlb edərək istehsalı saxlamaq idi. Halbuki, yaponiyalı istehsalçılar sərt gömrük baryerlərinə görə Köhnə qitəyə daxil ola bilmirdilər. Yaponiyanın 30 ildir arzuladığı tarixi şərait yetişmişdi.

Beləliklə, Britaniyaya ayaq basan “Honda”nın digər istehsalçılar da təkrarladı. Bəzi Avropa modelləri yapon detalları ilə istehsal olunmağa başladı. Doğrudur, bəzi hallarda əməkdaşlıq uğursuz olsa da, gündoğar ölkənin istehsalçıları istəklərinə nail oldular: gömrük və bürokratik maneələr aradan qalxmışdı. Bir neçə il yerli sitehsalçılarla əməkdaşlıq etdikdən sonra yaponlar Avropada istehsal qurmağa müvəffəq oldular. Beləliklə, onların çoxillik arzuları reallaşdı. Bu gün Almaniya, Fransa, İspaniya və digər ölkələrdə yapon modelləri “Made in Europe” damğası ilə istehsal edilir.

Avropalı ekspertlərin  fikrincə, hazırda çinlilər də bu yolla gedirlər. Amma onların nə qədər müvəffəq olacaqlarını yaxın gələcək göstərəcək. Bəli, tarixin təkrar olunduğunu heç kəs danmır. Lakin təkərrürün faciə, yoxsa fars olacağını indidən söyləmək mümkün deyil.

Oxunub : 112
ŞƏRH YAZ
Ad

E-mail

Şərh