Ruben Vardanyan Rusiyadakı avtomobil biznesini satdı

Hazırda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan Rusiyadakı avtomobil sektorundakı fəaliyyətinə son qoyub.
Avtosfer.az xəbər verir ki, bu barədə "Kommersant" qəzeti məlumat yayıb.
Qəzet yaxır ki, o, “Atom” adlı elektromobil layihəsindəki payını sataraq layihədən tam çıxıb. Bildirilir ki, Vardanyana məxsus olan “Vosxod” MMC-dəki 25 faiz pay şirkətin özünə keçib. Hazırda “Vosxod”un digər iki sahibi “KamAZ”ın baş direktoru Sergey Kogogin (37,5%) və “Spektr” MMC (37,5%) qalır.
Qeyd olunur ki, Vardanyan 2024-cü ilin payızında “KamAZ” şirkətinin də həmtəsisçisi statusunu itirib. Mütəxəssislər hesab edir ki, onun biznesdən çıxması mövcud çətin vəziyyəti ilə bağlıdır.
Əli Həsənovun qızı biznesini satmaqdan imtina etdi
"Şəki Yaylası"nda faciəyə görə həbs edilənlər var
Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə naziri dəyişdi, müşavir işindən ayrıldı
Sabah bəzi sürücülər imtahana cəlb olunacaqlar - RƏSMİ
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO












