Rüşvətə görə işdən çıxarılan direktora vəzifə verilməsi doğrudur? - AÇIQLAMA - FOTO

Bir müddət öncə rüşvətə görə töhmət verilən məktəb direktoru Nəcibə Əhmədovaya yeni vəzifə verilib.
Belə ki, Nəcibə Əhmədovanın məktəbə qəbul edilən şagirdlərin valideynlərindən pul tələb etməsi ilə bağlı səs yazısı yayılmışdı. Həmçinin Axundova sinif rəhbərliyi verilən müəllimlərdən də 1000 manat pul istəyib. Direktor hətta müəllimləri də təhqir etməkdən çəkinmir. Məktəbin müəllimlərindən biri direktorun təzyiqindən intihar həddinə çatdığını da qeyd edib.
Bəs, rüşvət alan bir direktorun başqa bir təhsil ocağına direktor kimi təyin edilməsi nə dərəcədə düzgündür? Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi açıqlamasında bildirib ki, bu təəssüfləndirici məqamdır.
Onun sözlərinə görə, istənilən halda korrupsiyaya bulaşmış və ya haqqında inzibati bir qaydada tədbir alınmış hər hansı bir məktəb rəhbəri, məmur, dövlət qulluqçusunun yenidən vəzifəyə təyin olunması doğru yanaşma deyil:
“Bundan öncə Bakı şəhəri 45 nömrəli tam orta məktəbin direktoru olub. Onun məktəbə qəbul edilən şagirdlərin valideynlərindən pul tələb etməsi ilə bağlı səs yazısı yayılmışdı. Həmçinin Axundova sinif rəhbərliyi verilən müəllimlərdən də 1000 manat pul istəyib. Bunun nəticəsində Bakı Şəhər Təhsil İdarəsi ona Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən töhmət verilmişdi və vəzifəsindən azad olunmuşdu. Buna baxmayaraq həmin şəxs 35 nömrəli məktəbə direktor təyin olunursa, bu o deməkdir ki, bəziləri Azərbaycan qanunlarını heçə sayırlar”.

Elçin Əfəndinin sözlərinə görə, bu barədə Elm və Təhsil Nazirliyi ciddi addım atmalıdır:
“Məlumatlara görə, Nəcibə Əhmədova şəhid yoldaşıdır. Çox güman ki, bu status nəzərə alındığına görə, onu yenidən vəzifəyə təyin ediblər. Amma heç kim qanunvericiliyi çeynədiyi halda ona hər hansı bir status vermək olmaz. Bu gün korrupsiyaya yol verilirsə, vəzifə səlahiyyətlərindən sui-istifadə edilirsə, həmin şəxsə heç bir status verilməməlidir”.
lent.az
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO
Azərbaycan neftinin bazar dəyəri niyə son aylarda tez-tez dəyişir? - AÇIQLAMA
Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü - FOTO
Bakının beş küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
Anar Bayramov bu xanımı işdən AZAD ETDİ
Onlar yüksək vəzifəyə TƏYİN OLUNDULAR - FOTO
Bu küçədə mobillik zolağı təşkil olunacaq - EKSPERT










