Sabiq direktor müavini məhkəmədən qaçdı

Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin mənimsəmədə ittiham olunan sabiq direktor müavini Lalə Zakirova hökm oxunacağını eşidən kimi məhkəmə zalından qaçıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baş verib.
Lalə Zakirovanın 64 yaşı var. O, hazırda əvvəl direktor müavini işlədiyi mərkəzdə qarmon ixtisası üzrə müəllim işləyir. Barəsində hökmə qədər həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
İttihama görə, xanım müttəhim Mərkəzin direktor müavini işlədiyi vaxtda direktor Namiq Rzazadə ilə əlbir olaraq 64 min 400 manat dövlət vəsaitlərini mənimsəyib.
Namiq Rzazadə istintaq başlanan vaxt ağır xəstəliyə yoluxduğundan onun işi ayrıca icraata götürülüb.
L.Zakirovanın cinayət işini Aynur Rzayevanın sədrlik etdiyi hakimlər araşdırıb.
Amma yaşlı müttəhim ittihamlarla razılaşmayıb, ifadəsində ona böhtan atdıqlarını deyib: “Anar Kərimov mədəniyyət naziri olanda Mərkəzdə özbaşınalıq yaranmışdı. Həmin vaxt direktor işdən çıxmağımı tələb etdi, mən etiraz etdim. Sonradan bir yolla işdən çıxarılmağıma nail oldular. Amma mən yenə təslim olmadım. Məhkəməyə müraciət edib yenidən işimə qayıtdım. Vəzifə cinayətləri söhbəti də bundan sonra ortaya çıxdı”.
.jpg)
Məhkəmə şahidləri dinlədikdən, dəlil və sübutları tədqiq etdikdən sonra təqsirləndirilən şəxsin dediklərini özünü müdafiə hesab edib.
Prokuror ittiham nitqində təqsirləndirilənin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda mənimsəmədə təqsirli bilinməsini, barəsində sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini tələb edib. Son sözdən sonra məhkəmə hökm qəbul etmək üçün müşavirəyə gedib. Amma hakimlər qayıdanda müttəhimi zalda tapmayıblar. İcraçılar məlumat veriblər ki, Lalə Zakirova özünü pis hiss etdiyini deyərək bir neçə dəqiqəlik zaldan çıxıb. Bundan sonra bir daha geri qayıtmayıb.
Hökmə əsasən, L. Zakirovaya 3 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilməklə axtarışa verilib.
Bakıda altı marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
8 aylıq hamiləni yarıyolda düşürdən sürücü CƏZALANDIRILDI - VİDEO
Metronun "Koroğlu" stansiyasının yaxınlığındakı qanunsuzluğun İFŞASI - VİDEO
Azərbaycanın ilk ödənişli yolunda sürücüləri təngə gətirən problemlər - RƏSMİ AÇIQLAMA
Canlı yayımda söyüş söyən daha bir tiktoker HƏBS EDİLDİ
Park yeri uğrunda mübahisə: Qadın stulda oturub avtomobilə mane oldu - VİDEO
Paytaxtın daha üç küçəsində TƏMİR İŞLƏRİNƏ BAŞLANILIR
Metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Bakının hansı küçə və prospektlərində TƏMİR GEDİR?
Bakıda peyda olan "beynəlxalq hüquq müdafiəçisi" David Seliverstov kimdir? – SENSASİON detallar - FOTO
"28 May"-"Nizami" arasında avtobuslar niyə pulsuz olmayacaq? - Ekspert izah ETDİ










