Sabiq məhkəmə hakimi 214 min manat rüşvət almaqda təqsirləndirilir - İTTİHAM AKTI

Rüşvət almaqda ittiham olunan sabiq hakim İlyas Mahmudovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
APA xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən iclasda ittiham aktı elan olunub.
İttihamda göstərilib ki, İlyas Mahmudov 2008-2019-cu illərdə Sumqayıt Şəhər Məhkəməsinin hakimi olarkən icraatında olan müxtəlif mülki işlər üzrə iddiaçıların tələblərinin təmin edilməsi barədə bilərəkdən ədalətsiz qətnamə qəbul etməsi müqabilində ayrı-ayrı şəxslərdən rüşvət qismində pul tələb edib.
Bununla əlaqədar o, bilərəkdən 2 halda ədalətsiz qətnamə çıxarıb.
Bundan başqa, İlyas Mahmudovun işlədiyi dövr ərzində icraatında olan digər işlər üzrə qəbul etdiyi 25 qətnaməyə əvvəlcədən bilə-bilə yalan məlumatlar daxil edib.
İttiham olunan şəxs həmin dövrdə əmək stajı və əlilliyin müəyyən edilməsi ilə bağlı hüquqi əhəmiyyətli faktları müəyyən edən qanunsuz məhkəmə aktlarını aidiyyəti qurumlara təqdim edilməsinə nail olub, bu hərəkətləri ilə də qanunazidd əsaslarla təyin olunmuş pensiyalar üzrə cəmi 243 441 manat məbləğində ödənişin verilməsinə səbəb olmaqla dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurub.
İttihama görə, sabiq hakim İlyas Mahmudovun cinayət işi üzrə dəymiş ziyan 214 min manat müəyyən olunub.
Toplanmış dəlil və sübutlarla İlyas Mahmudova Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.
İş üzrə Dövlət Sosial Müdafiə Fondu zərərçəkmiş qismində tanınıb.
İttihama münasibət bildirən sabiq hakim özünü təqsirli bilməyib.
O, barəsindəki ittihamları tamamilə təkzib edib.
Proses noyabrın 14-də davam etdiriləcək.
Qeyd edək ki, İlyas Mahmudov bu ilin iyul ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












