Sabiq məmurun rəhbəri olduğu şirkətin milyonlarla borcu var

Müxtəlif dövlət qurumlarının tenderlərinin qalibi olan "Star-Construktion 12" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) külli miqdarda vergi borcu yaranıb.
Ölkə.az xəbə verir ki, QSC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə borcu 2.985.320,42 manatdır.
Qeyd edək ki, nizamnamə kapitalı 2050 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 53, qanuni təmsilçisi Bayramov Mirsahib Atamalı oğludur. O, uzun illər Bakı şəhəri üzrə Təhsil İdarəsində Təmir-tikinti və təchizat sektorunun müdiri olub.
Mirsahib Bayramovun rəhbərlik etdiyi QSC uzun illər Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən keçirilən milyonluq tender müsabiqələrinin qalibi olub. "Star-Construktion 12” digər dövlət qurumlarının da təşkil etdiyi tenderlərdə qalib kimi adı hallanıb. (qaynarinfo)
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO












