Şagirdləri döydüyü deyilən müəllimlə bağlı AÇIQLAMA

Bakının Suraxanı rayonu 316 nömrəli orta məktəbdə müəllim Mehman Qurbanlının şagirdlərə fiziki şiddət göstərdiyi iddia olunur.
Avtosfer.az xəbər verir ki, bununla bağlı “Azərbaycan tələbələri” səhifəsində səs yazısı yayılıb.
Valideynlərdən biri həmin müəllimin şagirdlərə qarşı qeyri-etik və zorakı davranışlar sərgilədiyini iddia edib. Onun sözlərinə görə, müəllim dərs zamanı şagirdləri “dubinka” ilə döyür, psixoloji təzyiqlər göstərir və ailə üzvləri ilə bağlı təhqiramiz ifadələr işlədir.
Məsələ ilə bağlı sözügedən təhsil müəssisəsindən sorğumuza cavab olaraq bildirildi ki, məktəbin riyaziyyat müəlliminin dərs prosesini pozan şagirdlərə iradını bildirməsinə dair yayılan səs yazısı ilə əlaqədar məktəbdaxili araşdırma aparılıb: “Araşdırma nəticəsində bəlli olub ki, müəllimin rəhbərlik etdiyi sinifdə bir neçə şagirdin uyğunsuz davranışı digər müəllimləri də qane etmir. Araşdırma zamanı məsələni doğuran səbəblər aydınlaşdırılıb, müəllimin şagirdlərə fiziki təzyiq göstərmədiyi, digər şagirdlərin təhsil hüququnu pozduqlarına, tədris prosesinə maneçilik törətdiklərinə, dərsə məsuliyyətsiz yanaşdıqlarına görə onları tənbeh etdiyi məlum olub.
Məktəb rəhbərliyi tərəfindən həmin uşaqların valideynləri məktəbə dəvət olunaraq onlarla görüş keçiriləcək.
Məktəb rəhbərliyinin qeyd olunan sinfə nəzarətinin artırılması və psixoloqun uşaqlarla bağlı dəstəkləyici tədbirlər aparması qərara alınıb”.
Həmin səs yazısını təqdim edirik:
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












