Şamaxıda güclü küləklə yağışın fəsadları aradan qaldırılır - FOTO

Şamaxı rayonunda müşahidə olunan güclü külək, intensiv yağış və leysanla bağlı rayon icra hakimiyyəti tərəfindən operativ tədbirlər davam etdirilir.
Avtosfer.az xəbər verir ki, rayonda fəaliyyət göstərən müvafiq dövlət strukturları bütün ərazi üzrə dəymiş fəsadların aradan qaldırılması üçün səfərbər olunaraq gücləndirilmiş iş rejimində çalışır.
Güclü külək nəticəsində aşan ağacların ərazidən götürülməsi və ərazi üzrə selötürücü qurğuların nəzarətdə saxlanılması təmin olunur.
Qeyri-sabit hava şəraiti ilə bağlı rayonun elektrik şəbəkəsində də qısa müddətli fasilə yaranıb, görülmüş operativ tədbirlər nəticəsində rayonda fasiləsiz elektrik enerjisinin verilişi əsasən bərpa olunub.
Hazırda rayon ərazisində küləyin sürətinin zəiflədiyi müşahidə olunsa da, çaylarda selin səviyyəsinin yüksəldiyi, bəzi dağ kəndlərində yağışın və qarın yağması davam edir.









Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












