Samux sakinindən narkotik aşkarlanıb - FOTO

Samux rayon sakinində narkotik maddə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Teymur Məmmədov saxlanılaraq polis şöbəsinə gətirilib.
Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Teymur Məmmədov ilkin ifadəsində bildirib ki, Kür çayında balıq tutan zaman çayda göy rəngli sellofan üzdüyünü görüb. Onu çıxardıb və açan zaman narkotik vasitə olduğunu anlayıb.
Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO













