"Şəffaf media mühitindən sui-istifadə edərək cəmiyyəti çaşdırmaq niyyəti güdənlər var" - Prokuror

"İnkişaf etmək istəyən cəmiyyət mütləq media ilə sıx təmasda olmalıdır".
Avtosfer.az xəbər verir ki, bu fikirləri Qubada Azərbaycan Respublikasının Prokurorluğunun təşkilatçılığı ilə "Söz azadlığı və cəmiyyətin informasiya təhlükəsizliyi" mövzusunda keçirilən regional konfransda Quba rayon prokuroru Namiq Muradov deyib.
O, bildirib ki, bu gün əsas məsələ şəffaf media mühitini qoruyub saxlamaq, media ilə ictimaiyyət arasında sağlam informasiya ünsiyyəti qurmaqdır:
"Təəssüf ki, bu gün şəffaf media mühitindən sui-istifadə edərək yanlış informasiya yaymaqla cəmiyyəti çaşdırmaq niyyəti güdənlər də var. Biz birlikdə bu neqativ hallara qarşı mübarizə aparmalıyıq. Şəffaflıq təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan mətbuatın demokratik prinsiplər üzərində inkişafına daim təkan olan Prezident İlham Əliyevin jurnalistlərə göstərdiyi diqqət və qayğı çox yüksək səviyyədədir. Həm dövlət orqanları, həm də media bu münasibətə layiq fəaliyyət göstərməlidir".
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












