Şəhərlərarası avtobus marşrutları üzrə keçirilən müsabiqənin qalibləri açıqlandı - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin “Bakı-Astara-Bakı”, “Astara-Bakı-Astara”, “Bakı-Lənkəran-Bakı” və “Lənkəran-Bakı-Lənkəran” şəhərlərarası müntəzəm avtobus marşrutları üzrə elan etdiyi müsabiqənin qalibləri müəyyən olunub.
Avtosfer.az nazirliyə istinadən xəbər verir ki, müsabiqə şəhərlərarası sərnişindaşıma bazarında rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq keçirilib. “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunub.
“Bakı-Astara-Bakı” marşrutu üzrə üç fiziki şəxs – Cəlilov Elman Əli oğlu, Sadıqov İlqar Malik oğlu və Həsənov Güləli Xanəli oğlu, “Astara-Bakı-Astara” marşrutu üzrə iki fiziki şəxs – Həsənov Mirnahid İbad oğlu və Cəfərov Elçin Akif oğlu, “Bakı-Lənkəran-Bakı” marşrutu üzrə iki fiziki şəxs – Şahverdiyev Vüqar Aydın oğlu və Cəfərov Elçin Akif oğlu, “Lənkəran-Bakı-Lənkəran” marşrutu üzrə iki fiziki şəxs – Hüseynov Rahat Əli oğlu və Fətullayev Anar Bahadur oğlu müsabiqədə ən çox bal toplayaraq qalib elan olunublar.
Həmin şəxslərin hər biri ilə daşıyıcı qismində sərnişindaşıma fəaliyyətinin göstərilməsi üçün qanuna müvafiq qaydada müqavilə imzalanacaq.
Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi şəhərlərarası marşrut xətlərini müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim edəcək. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsidir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
















