Şəhidin adını daşıyan küçə günlərdir işıqlandırılmır - AÇIQLAMA - FOTO

İyirmi günə yaxındır ki, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, şəhid Samir Xudiyev küçəsində axşamlar zülmət qaranlıq olur.
Avtosfer.az xəbər verir ki, bu barədə qafqazinfo-ya sakinlər müraciət ediblər.
Sözügedən küçənin bu problemdən öncəki fotosunu redaksiyamıza göndərən sakinlər bildiriblər ki, qəsəbədə nadir hallarda belə vəziyyət yaşanır. Lakin son 20 gündə həmin küçənin işıqlandırılması, ümumiyyətlə, dayandırılıb.
Məsələ ilə bağlı Bakı Şəhər İşığı Elektrik Şəbəkə Müəssisəsinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, daxil olan müraciətdən sonra araşdırma aparılıb: “Müəyyən olunub ki, bir neçə gün öncə həmin ərazidə baş verən qəza ilə əlaqədar transformator xəttindəki işığın verilməsi “Azərişıq” ASC tərəfindən dayandırılıb. Hazırda hər iki qurum nümayəndələri ora cəlb olunub. İki qurumun birgə səyləri nəticəsində qəza aradan qaldırılır. Axşam saatlarında küçələrin işıqlandırılması bərpa ediləcək”.
Qurumdan o da qeyd edilib ki, hazırda işığın verilməsində problem yaradan bu xətt bir müddət öncə Küçə İşıqları İdarəsinə xidmətə verilib. Daha öncə isə Bakı Abadlıq Xidmətində olub.

Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












