Səkkiz rayonun ərazisindən keçən su kəməri - VİDEO

Oğuz-Qəbələ-Bakı su kəmərinin ümumi uzunluğu 262,5 kilometr təşkil edir. Diametri 2000 millimetr olan magistral xətt saniyədə 5 kub metr su ötürmə qabiliyyətinə malikdir və əsasən özüaxımlı rejimdə fəaliyyət göstərir.
Avtosfer.az xəbər verir ki, kəmərin su ilə təmin olunması məqsədilə Oğuz rayonu ərazisində 81 istismar və 20 müşahidə quyusu qazılıb. Layihəyə əsasən, hər bir quyunun məhsuldarlığı saniyədə 70 litr proqnozlaşdırılsa da, hazırda bəzi quyularda bu göstərici saniyədə 80-90 litrə qədər yüksəldilib. Müşahidə quyularında aparılan daimi monitorinqlər su ehtiyatlarının dinamikasının və debit göstəricilərinin layihədə nəzərdə tutulduğundan daha yüksək olduğunu təsdiqləyir. Bu da mənbənin potensialının kifayət qədər geniş olduğunu göstərir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu məlumat verərək bildirib ki, Oğuz rayonunun Sincan kəndində yerləşən 81 subartezian quyudan əldə olunan su bu kənddə fəaliyyət göstərən suqəbuledici kameralara toplanır, kameralardan da iki ədəd on min kub metrlik anbarlara dolur. Anbarlardan özüaxımlı rejimlə Oğuz-Qəbələ-Bakı magistral su kəmərinə ötürülür.
Anbarlara tökülən su öncədən suqəbuledici kamerada emal olunur, zərərsizləşdirilir. Daha sonra su magistral kəmər vasitəsilə paytaxt istiqamətində nəql edilir. Kəmər boyunca suyun sabit və təhlükəsiz ötürülməsini təmin etmək məqsədilə üç təzyiq nizamlayıcı (Oğuz Qurğular Kompleksi, 153-cü kilometr və Abşeron Qurğular Kompleksi ərazilərində) və iki təzyiqqırıcı kamera (31-ci və 158-ci kilometrlərdə) quraşdırılıb. İş rejimi müasir SCADA nəzarət sistemi vasitəsilə avtomatlaşdırılmış qaydada izlənilir və idarə olunur.
Su kəməri ölkənin 8 rayonunun ərazisindən keçərək paytaxta qədər uzanır. Oğuz-Qəbələ-Bakı kəməri ilə verilən içməli suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının müəyyən etdiyi beynəlxalq standartlara tam uyğundur və yüksək gigiyenik göstəricilərə malikdir.
Kəmər vasitəsilə verilən su Bakı şəhərinin, Abşeron, Yasamal, Nəsimi, Səbail, Nərimanov, Nizami, Xətai və Binəqədi rayonlarının bir hissəsini, eləcə də magistral xəttin marşrutu boyunca yerləşən bir sıra yaşayış məntəqələrini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edir. Bu layihə paytaxtın su təchizatının şaxələndirilməsi, paytaxtın içməli su təminatının etibarlılığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu












