Səməd Seyidov: “İsrailin hər zaman beynəlxalq təşkilatlarda bizə dəstəyini görmüşük”

“Biz İsrailin hər zaman beynəlxalq təşkilatlarda bizə dəstəyini görmüşük”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Səməd Seyidov deyib.
O qeyd edib ki, İsrail Azərbaycanda 1993-cü ildə öz səfirliyini açıb: “İndi də İsrailin dəstəyini görürük. Beynəlxalq təşkilatlarda işləyənlər bunu bilir, ABŞ-də bunu bilirlər, Avropada bunu bilirlər, bütün başqa qitələrdə bunu bilirlər. Xüsusilə indi dost ölkə ilə, o ölkə ki, 44 günlük Vətən müharibəsində Azərbaycana yardım göstərmiş, Azərbaycanın haqq səsinə səs vermiş ölkə ilə biz əlaqələri genişləndirməliyik”.
Deputat bildirib ki, bu gün İsrailin Tel-Əviv şəhərində səfirliyin açılması ilə bağlı sənədi Prezident İlham Əliyev təqdim edib: “Bununla Azərbaycan-İsrail münasibətləri daha yüksək, yeni müstəviyə keçir. Buna görə, cənabPprezidentə xüsusi minnətdarlığımızı bildirmək lazımdır. Xalqlarımız arasında əlaqələr inkişaf edəcək. Bu səfirlik açılandan sonra bizim haqq səsimizə daha diqqətlə, xüsusi diqqətlə qulaq asmağa başlayacaqlar”.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












