Şəmkir sakinlərindən silah aşkarlandı

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini, Fikrət Bağırovdan 1 ədəd “BROWNING S PATENT” markalı, 6.35 kalibirli, istifadəyə yarlı tapança aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə rayonun Bayramlı kənd sakini, əvvəllər məhkum olunmuş Arzuman Abdullayevin də müvafiq sənədləri olmadan, tək lüləli, 16 kalibirli və istifadəyə yararlı “İJ” markalı tüfəng saxlaması aşkar edilib.
RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Zəyəm-Cırdaxan kənd sakini Qənbər Hüseynovdan bir ədəd heç bir sənədi olmayan “ATM” markalı, 16 kalibirli tüfəng aşkar edilib.
Keçirilən daha bir tədbir nəticəsində qanunsuz ov edən Asif Nəbiyev də barəsində qanunamüvafiq tədbir görülüb. Belə ki, onun heç bir müvafiq sənədi olmadan 32 kalibirli, qoşa lüləli tüfənglə ovçuluqla məşğul olması aşkar edilib.
Rayonun Keçili kənd sakini Cahangir Məmmədovun da sənədsiz “İJ” markalı 16 kalibirli ov silahı RPŞ əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.
Silahların hər-hansı bir cinayətdə istifadə olunub-olunmaması öyrənilməsi üçün ekspertizaya göndərilib.
Faktlarla bağlı Şəmkir RPŞ-nin İstintaq və Təhqiqat Bölməsində Cinayət Məcəlləsinin müvadiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ












