Şengen zonasının tezliklə genişlənməsi gözlənilir

Şengen zonasının tezliklə genişlənməsi gözlənilir.
Avtosfer.az xəbər verir ki, Avropa Komissiyası Avropa İttifaqı (Aİ) ölkələrinə Bolqarıstan, Xorvatiya və Rumıniyanın Avropa məkanına tam inteqrasiyasını qəbul etməyə dair yenidən çağırış edib. Uzun müddətdir ki, tələb olunan bu genişlənmə üzv dövlətlər arasında tərəddüdə səbəb olur.
Bolqarıstan, Xorvatiya və Rumıniya artıq qismən Şengen zonası qaydalarına tabe olsalar da, üzv dövlətlərlə daxili sərhəd nəzarəti saxlanılmaqdadır. Belə bir vəziyyətə görə bu ölkələr mövcud imkanlardan yararlana bilmirlər.
Avropa Komissiyası 27 üzv dövləti birləşdirən Aİ Şurasından bu üç ölkəyə Şengen zonasında tam şəkildə iştirak etmək səlahiyyəti vermək üçün gecikmədən lazımi qərarlar qəbul etməyi xahiş edib.
Aİ-nin ədliyyə və daxili işlər nazirləri dekabrın 8-də bununla bağlı səsvermə keçirməlidirlər. Bolqarıstan, Xorvatiya və Rumıniya ilə sərhəd nəzarətinin aradan qaldırılmasına icazə vermək üçün 27 üzv ölkənin yekdilliyi lazımdır.
AZƏRTAC
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












