Sərnişin avtobusundan ŞİKAYƏT: "Nə vaxta kimi bu cür əyri, yanpörtü hərəkət edəcək?" - FOTO

Abşeron rayonunda Masazır kəndi, "Zəngilan şəhərciyi"nə gedən 525 nömrəli xətt üzrə hərəkət edən avtobuslar sərnişinlərin narazılığına səbəb olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, narazılığa səbəb sözügedən avtobusların günün pik saatlarında daim yüklü olmasıdır.

"Nə vaxta qədər bizim avtobuslar bu cür əyri, yanpörtü hərəkət edəcək? Nə vaxtsa bu avtobusların normal qaydada, əyilmədən hərəkət etdiyini görəcəyik?", - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov məsələnin nəzarətə götürüldüyünü bildirib.
"Yol infrastrukturunun qənaətbəxş olmaması səbəbindən, xüsusilə "Zəngilan şəhərciyi" adlanan ərazidə 525 nömrəli marşrut avtobuslarının konstruksiyaları zədələnir, ehtiyat hissələri sıradan çıxır. 525 nömrəli marşrutun müvəqqəti istismarçısına avtobus parkının yenilənməsi ilə bağlı tapşırıq verilib", - deyə T.Orucov bildirib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












