Sərt karantin rejiminə keçməkdən başqa yol qalmayıb Komitə sədri

Artıq son dövrlərdə ölkəmizdə koronavirusa yoluxma hallarının sürətlə artması ciddi narahatlıq doğurur və rəqəmlər kifayət qədər ciddidir.
Avtosfer.az bildirir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Komitə sədri vurğulayıb ki, ciddi tədbirlər görülməsə, vəziyyət daha da gərginləşə və çətin durum yarana bilər: "Hamı bilir ki, maska taxmaq lazımdır, hamı bilir ki, gigiyena qaydalarına riayət etmək lazımdır, ara məsafəsi saxlamaq lazımdır, amma əməl etmirlər. İstənilən halda hökumət sərtləşdirilmiş addımlara getməlidir.
Ən azı 2 həftəlik sərt karantin təmin olunmalıdır ki, vəziyyət normallaşsın. Təmasları azaltmasaq, nəyəsə nail olmaq çətindir. 65 yaşdan yuxarı insanların evdən çıxmasna ən azı iki həftəlik qadağa qoyulmalıdır. Çünki onların küçəyə çıxması həyatları üçün daha təhlükəlidir.
Bütövlükdə hesab edirəm ki, yenə sərt rejimə keçməliyik, başqa yol yoxdur".
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












