Şəxsi səfər vizasının əhatə dairəsi genişləndirilir

Şəxsi səfər məqsədilə verilən giriş vizasının əhatə dairəsi genişləndirilir.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, şəxsi səfər vizası Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazəsi olan əməkçi miqrantın və ya təhsil alan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin (yalnız həmin əməkçi miqrantın və ya təhsil alan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ailə üzvləri üçün) Ələt iqtisadi zonası hüquqi şəxslərinin təsisçilərinin, işçilərinin və ya həmin zonada müvəqqəti yaşamaq üçün icazəsi olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin notarial qaydada təsdiq edilmiş dəvət məktubu əsasında gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə veriləcək.
Məcəllənin hazırkı varinatı isə belədir: "Şəxsi səfər vizası Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazəsi olan əməkçi miqrantın və ya təhsil alan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin (yalnız həmin əməkçi miqrantın və ya təhsil alan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ailə üzvləri üçün) notarial qaydada təsdiq edilmiş dəvət məktubu əsasında gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir".
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












