Seymur Talıbovun işdən çıxarılması təsdiqləndi - FOTO

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu, Seymur Talıbovun adı Naxçıvan Dövlət Universitetinin rəsmi saytında prorektorlar siyahısından çıxarılıb.
Avtosfer.az Qafqazinfo-ya istinadən xəbər verir ki, universitetin saytında prorektorlar bölməsində beynəlxalq əlaqələr üzrə prorektor bölməsi hazırda boşdur.
Maraqlıdır ki, universitetin saytında digər prorektorlar üzrə bölmələrdə (tədris və tərbiyə işləri üzrə prorektor və ümumi işlər üzrə prorektor) müvafiq vəzifələri yerinə yetirən şəxslər barədə məlumatlar var.
Qeyd edək ki, bir müddət əvvəl Naxçıvan Dövlət Universitetinin (NDU) prorektoru Seymur Talıbovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb.
Məsələ ilə bağlı Muxtar Respublikanın Təhsil Nazirliyindən bildirilmişdi ki, universitet Elm və Təhsil Nazirliyinə tabedir və bu barədə məlumatlı deyillər. Elm və Təhsil Nazirliyindən isə sorğumuza cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı nazirlikdə məlumat yoxdur.

General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq











