Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?

Şirvan kanalı bərpa edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.
Şirvan kanalının Göyçay rayonu ərazisindən keçən sızma baş vermiş hissəsindəki bənd artıq bərpa edilib. Hazırda təmir-bərpa işləri tam yekunlaşdırılıb.
Yevlax, Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında suyun verilişi bərpa olunub. Hacıqabul, Ağsu, Kürdəmir və Şamaxı rayonlarının isə su ilə təminatı sabah axşam saatlarınadək, bütün ərazilər üzrə tam həcmdə suyun verilməsi isə avqustun 7-də səhər saatlarından həyata keçiriləcək.
Əlavə olaraq bildirək ki, hadisə baş verən andan etibarən əraziyə xüsusi texnika və canlı qüvvə cəlb olunub, işlərə dərhal başlanılıb. Operativ şəkildə həyata keçirilən tədbirlər nəticəsində bənd qısa müddətdə bərpa olunaraq suyun verilməsi mərhələli şəkildə təmin edilib. Görülən işlərlə əlaqədar sakinlərin su təminatında müvəqqəti fasilə yarandığına görə həmin ərazilərə su maşınları cəlb edilib, vətəndaşlar su ilə təmin olunublar.
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA
Bu yolda sürət həddi AZALDILDI
Bakı Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək - FOTO
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı












