“SOCAR" Sumqayıtda yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verib

2022-ci il dekabrın 1-də Sumqayıt şəhərində “SOCAR PETROELUM” QSC-yə məxsus yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.
“SOCAR PETROELUM” QSC-nin nümayəndələrinin iştirak etdiyi açılış tədbirində “SOCAR” brendi altında fəaliyyət göstərən YDM şəbəkəsinin aktiv şəkildə genişləndiyi vurğulanıb, yeni YDM-in Sumqayıt şəhərində artan tələbatın və təkliflərin nəzərə alınmaqla istifadəyə verildiyi qeyd edilib.
YDM-lərin ölkədə məşğulluq səviyyəsinin yüksəldilməsinə və əhalinin sosial rifahının yaxşılaşdırılmasına mühüm töhfələr verdiyi, bu xüsusda Sumqayıt şəhəri, Sülh küçəsi və Koroğlu prospektinin kəsişməsində yerləşən yeni məntəqədə 29 yeni iş yerinin yaradıldığı diqqətə çatdırılıb.
Daha sonra tədbir iştirakçıları YDM-in strukturu, burada yaradılan şərait və tətbiq olunan müasir avadanlıqlarla tanış olublar.
Türkiyə istehsalı olan son model yanacaqpaylayıcı kalonkaların quraşdırıldığı məntəqədə ümumilikdə 6 yanacaqpaylayıcı kalonka istifadəyə verilib. Aİ-92, “Premium”, və “Dizel” tipli yanacaq məhsullarının satışının həyata keçiriləcəyi YDM-də nağdsız satış üçün POS-terminallar fəaliyyət göstərəcək.
Yeni açılan YDM ilə birlikdə ölkə ərazisində SOCAR brendli YDM-lərin sayı 44-ə çatdırılıb. Ölkədə yeganə sıxılmış təbii qaz (CNG) terminalına və şəbəkəsinə sahib olan “SOCAR PETROLEUM” QSC ekoloji baxımdan əlverişli olan CNG yanacağının satışında ölkə üzrə liderdir. Şirkətin starateji inkişaf planı və müştəri məmnuniyyəti nəzərə alınaraq gələcəkdə YDM-lərin sayının artırılacağı gözlənilir
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












