SOCAR Sloveniyada YDM şəbəkəsi ala bilər

Avstriyanın OMV enerji şirkəti özünün Sloveniyadakı yanacaqdoldurma məntəqələrini satışa çıxarıb.
Avtosfer.az-ın Sloveniya mətbuatına istinadən verdiyi məlumata görə, “OMV Slovenia” şirkəti Sloveniyada 92,25 % paya sahib olduğu 120 YDM-i satmaq istədiyini bildirib.
Artıq bu YDM-ləri Polşanın “PNK Orlean”, Macarıstanın MOL və Rusiyanın “Lukoil” şirkətləri almaq istədiklərini açıqlayıblar.
Sloveniya YDM şəbəkəsinə sahib olmaq istəyini Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) də bildirib.
Xatırladaq ki, SOCAR 2019-cu ildən Avstriyada 82 YDM-ə malikdir. “Lukoil” şirkəti isə 2010-cu ildən Xorvatiyada YDM-lər alıb.
Qeyd edək ki, OMV Sloveniya neft məhsulları bazarında böyüklüyünə görə sayca ikinci iştirakçıdır. Şirkət Sloveniya bazarında 20 % paya malikdir.
10 gün öncə OMV şirkəti satış investisiya proqramı çərçivəsində “OMV Slovenia” şirkətinin 92,25 % payının satmaq qərarına gəlib. OMV şirkətinin Sloveniyada OMV, “Eurotruck”, “Avanti” və “Diskont” brendləri altında yanacaqdoldurma məntəqələri mövcuddur. Şirkət həmçinin bu bazarda “OMV Marine” brendi ilə də fəaliyyət göstərir. Şirkət bu brendi satmaq niyyətində olmadığını artıq açıqlayıb.
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO












