Sülhməramlılar azərbaycanlı jurnalistləri Xocalıya buraxmadı - VİDEO

Rusiya sülhməramlı qüvvələri Azərbaycan media nümayəndələrini Xocalı ərazisinə keçməyə buraxmayıblar.
Avtosfer.az xəbər verir ki, bu barədə AzTV məlumat yayıb.
***
Xəbər verdiyimiz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupu dekabrın 3-də keçirilmiş görüşün davamı olaraq bu gün Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri davam etdirəcək.
Monitorinq qrupunun Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovla danışıqları sülhməramlıların Xocalıdakı qərargahında baş tutacaq.
Avtosfer.az-ın məlumatına görə, bu məqsədlə Xocalıya yola düşən İctimai TV-nin əməkdaşı ilə sülhməramlılar arasında mübahisə düşüb.
İTV-nin Xəbərlər Departamentinin direktoru Fikrət Doluxanovun sözlərinə görə, Rusiya sülhməramlı kontingentinin komandanı general-mayor Andrey Volkov yerli mediaya Azərbaycan ərazilərinə keçməyə maneə törədib.
O, daha sonra sülhməramlıların jurnalistlərin keçidinə mane olmaq istədiklərini bildirib.
Xatırladaq ki, sülhməramlıların iştirakı ilə analoji hadisə bir neçə gün öncə də yaşanmışdı.
Hadisə yerindən videoreportajı təqdim edirik:
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












