Sumqayıtda təhlükə saçan dayanacaq - FOTO

Sumqayıtda istifadə üçün yararsız dayanacaqlar məsələsi sakinləri narahat edir.
Bunlardan biri də Səməd Vurğun küçəsi, Xəzri yaşayış massivində təhlükə mənbəyinə çevrilən dayanacaqdır. Bu haqda yaşayış massivinin sakinləri tərəfindən Xeberle.com-a məlumat daxil olub. Taxta parçalarından tikilən dayanacaq əsl təhlükə mənbəyinə çevrilib. Bundan əlavə, gözləmə məntəqəsinin içi zibillə doludur. Sakinlər deyirlər ki, ərazidə yeni dayanacaqların olmaması səbəbindən bundan istifadə etməyə məcburdurlar.
"Payızda, qışda soyuqdan, yayda, yazda isə günəşdən qorunmaq üçün illərdir bu dayanacaqdan istifadə edirik. Lakin o, artıq köhnədir. Biz də istəyirik buraya yeni, müasir dayanacaqlar quraşdırılsın”, – deyə sakinlərdən biri istəyini söyləyib.
Məsələ ilə bağlı Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə əlaqə saxladıq.
Nümayəndəliklən dayanacağın vəziyyətindən xəbərdar olduqlarını bildiriblər. Qeyd olunub ki, yaxın vaxtlarda dayanacaq yenilənəcək.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA













