Süni intellekt üçün internet “Bakcell”dən

“Bakcell” süni intellekt sahəsində növbəti innovativ təşəbbüsünü təqdim edir.
Yeni kampaniya çərçivəsində “ChatGPT”, “Claude”, “DeepSeek” və “Perplexity” kimi aparıcı süni intellekt platformalarında istifadə üçün abunəçilərə hər ay pulsuz internet trafiki təqdim olunacaq.
“Bakcell” istifadəçiləri süni intellekt texnologiyaları vasitəsilə öyrənmək, araşdırmaq, yaratmaq, işləmək və rəqəmsal tapşırıqları daha səmərəli yerinə yetirmək üçün geniş imkanlar əldə edirlər.
Xidmət bütün “Bakcell” abunəçiləri üçün standart olaraq aktivdir və əlavə qoşulma tələb etmir. Kampaniya müddətində istifadəçilərə hər ay qeyd olunan süni intellekt alətlərindən istifadə üçün pulsuz internet trafik təqdim olunacaq.
Bu təşəbbüs süni intellekt texnologiyalarının gündəlik istifadəsini təşviq etməklə yanaşı, istifadəçilərin rəqəmsal imkanlarını daha da genişləndirir. “Bakcell” innovativ həllər vasitəsilə abunəçilərinə müasir rəqəmsal təcrübə təqdim etməklə ölkədə innovasiya və süni intellekt ekosisteminin inkişafına töhfə verir.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
“Bakcell” müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibində olan “Azerconnect Group”a daxildir.
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Güclü küləkdə bayrağı xilas etmək istədi - VİDEO
"Xalqımızın birliyi dünyaya nümunədir" - PREZİDENT
Şuşanın işğaldan azad olunmasından altı il ötür
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA












