Suraxanıda bir aydır davam edən su PROBLEMİ - Qurumdan AÇIQLAMA

Paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən "Bağlıq" adlanan ərazidə sakinlər içməli su problemi ilə üzləşiblər.
Avtosfer.az Oxu.Az-a istinadla xəbər verir ki, bir aya yaxındır evlərə ümumiyyətlə su verilmir.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, qeyd olunan ünvanda sözügedən quruma məxsus içməli su şəbəkəsi mövcud deyil:
"Ərazidə içməli su xətləri əhali tərəfindən primitiv üsulla çəkilib. Normativ qaydalara əməl olunmadan kiçikdiametrli borulara bir neçə sakinin qoşulması qeydə alınıb. Bu baxımdan hazırda su təminatında çətinliklər yaşanmaqdadır.
Suya tələbatın çox olduğu yay vaxtlarında bu kimi primitiv xətlərdə su təchizatı tam normalara uyğun həyata keçirilə bilmir. Məsələ ilə bağlı Sukanal İdarəsinə də məlumat verilib", - açıqlamada bildirilib.
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA
Bu yolda sürət həddi AZALDILDI
Bakı Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək - FOTO
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı












