Şuşa və Andon şəhərləri qardaşlaşıb - FOTO

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri ilə və Cənubi Koreyanın Andon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb.
"Report" xəbər verir ki, müvafiq memorandumu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Andon şəhərinin meri Kvon Ki Çanq imzalayıblar.
“İmzalanmış sənədə əsasən, qardaşlaşmış iki şəhər mədəni, sosial və iqtisadi münasibətləri, eləcə də dostluq əlaqələrini inkişaf etdirmək və birgə fəaliyyət sahələrini genişləndirmək niyyətini ifadə edir”, - A.Kərimov tviter səhifəsində yazıb.
Xatırladaq ki, daha əvvəl Cənubi Koreyanın Andon şəhərində "Tarixi Şəhərlər Liqası"nın 18-ci Dünya Konfransının açılış mərasimi keçirilib. Konfrans çərçivəsində tarixi şəhərlər sayılan Koreyanın Andon, Azərbaycanın Şuşa, Perunun Kusko, Yunanıstanın isə Korinf şəhərləri arasında əməkdaşlığa dair dördtərəfli niyyət protokolu imzalanıb.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA















