Taksi sürücüsünü döyən müştəriyə CƏZA: Abşeronu və Bakını tərk edə bilməyəcək

Abşeron rayonunda 1988-ci il təvəllüdlü Orxan Vahabov Habil Hacıyevə xəsarət yetirib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə Хırdаlаn şəhəri, Əlif Hаcıyеv küçəsində baş verib. Habil Hacıyev həmin ünvana “Bоlt” tаksi şirkətindən çağırdığı taksi sürücüsü Orxan tərəfindən döyülüb.
Belə ki, Habil sifariş verdiyi taksi sürücüsü 5 dəqiqə sonra qeyd olunan ünvana gəlib. Ünvana çatan sürücü sifariş verilən ünvan istiqamətində yolun tıxac olduğunu, maşının nasaz olduğunu, başqa bir taksi sifariş verməsini deyib.
Bundan əsəbiləşən Habil Hacıyev Orxanla mübahisə edib. Mübahisə zamanı Orxan Habili döyərək ona xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Orxanın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
Abşeron rayon Məhkəməsinin hökmü ilə Orxan 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.
Hökmə əsasəb, Orxan Vаhаbоvun üzərinə yaşayış yerini saat 23.00-dan 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək vəzifəsi qoyulub.
Bizim.Media
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












