“Tərtər işi”ndə zərərçəkən MAXE - Bu qədər təzminat alacaq

2017-ci ildə baş verən Tərtər hadisələrinin zərərçəkmiş hərbçilərindən daha birinə təzminat ödəniləcək.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Vüsal Abdullayev mənəvi ziyana görə 300 min manat təzminat tələb edib.
Hərbçi iddia ərizəsində yazıb ki, həmin hadisələr vaxtı qanunsuz olaraq 1 ay qapalı şəraitdə saxlanılıb, müxtəlif əzab-iztirablara məruz qalıb. 2021-ci ildə “Tərtər işi” üzrə istintaq yeniləndikdən sonra isə o da zərərçəkmiş qismində tanınıb.
Abdullayev çəkdiyi mənəvi sıxıntı və iztiraba görə kompensasiya almaq hüququ olduğunu bildirib, bu əsasla tələb etdiyi məbləğin ödənilməsini istəyib.
Cavabdeh qismində tanınmış Maliyyə Nazirliyi isə iddia tələbinə etiraz edib. Əvvəlki hallarda olduğu kimi, bu dəfə də etiraz iddiaçı hərbçinin nazirliyin hərəkətləri nəticəsində zərər çəkmədiyini bildirməklə əsaslandırılıb.
Nəsimi Rayon Məhkəməsi yekunda iddianı qismən təmin edib. Vüsal Abdullayevə vəkil xərcləri ilə birlikdə 16 min manat təzminat ödənilməsinə qərar verilib.
Əli Həsənovun qızı biznesini satmaqdan imtina etdi
"Şəki Yaylası"nda faciəyə görə həbs edilənlər var
Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə naziri dəyişdi, müşavir işindən ayrıldı
Sabah bəzi sürücülər imtahana cəlb olunacaqlar - RƏSMİ
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO












