Teymur Rəcəbov 3-cülük uğrunda görüşün ilk günündə qalib gəldi

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun III mərhələsində Azərbaycan şahmatçısı Teymur Rəcəbov fransalı Maksim Vaşye-Laqravla 3-cü yer uğrunda görüşlərin ilk günündən qalib ayrılıb.
tərəflər bu gün dörd dəfə üz-üzə gəliblər. İlk partiyada heç-heçə qeydə alınıb - 0,5:0,5. Növbəti partiyada Rəcəbov ağ fiqurlarla qalib gəlib. Lakin üçüncü dueldə Vaşye-Laqrav üstün olub. Bununla belə, Azərbaycan təmsilçisi dördüncü qarşılaşmada rəqibini təslim edərək, günü 2,5:1,5 hesablı üstünlüklə tamamlayıb.
Tərəflər fevralın 14-də də üz-üzə gələcəklər. İkinci oyun günündə Rəcəbov ən azı heç-heçəyə nail olsa, turniri 3-cü pillədə başa vuracaq.
Qeyd edək ki, norveçli Maqnus Karlsenlə ABŞ şahmatçısı Uesli So arasındakı final görüşünün ilk günündə qalib müəyyənləşməyib - 2:2 (0,5:0,5; 1:0; 0,5:0,5; 0:1).
Qeyd edək ki, ikinci oyun gününə sabah saat 20:00-da start veriləcək./report
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












