Onlayn satış edən narkokuryer saxlanılıb - FOTO

Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əcnəbi ölkədən qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş narkotik vasitəni onlayn yolla sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb.
Avtosfer.az-ın xəbərinə görə, araşdırmalar zamanı məlum olub ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elməddin Rzayev sosial şəbəkələr üzərindən əcnəbi vətəndaş ilə müəyyən məbləğ və narkotik vasitə qarşılığında Tovuz rayonu ərazisində gizlədilən narkotik vasitəni götürərək respublikanın digər şəhər və rayonlarına aparmaq barədə razılaşıb.
Həmin şəxs Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan zaman əyləşdiyi taksidən 1 kiloqram 108 qram heroin və 385 qram marixuana aşkar edilərək götürülüb.
Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA














