Tovuzda şəhidimiz anıldı - FOTO

İşğal altında olan Vətən torpaqlarının azad olunması uğrunda mərdliklə döyüşərək şəhid olmuş DİN-in Daxili Qoşunlarının hərbi qulluqçusu, baş çavuş Vüqar Əkbərovun anım mərasimi keçirilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində keçirilən anım mərasimində Rayon Polis Şöbənin və Rayon Mühafizə Şöbəsinin şəxsi heyəti, Daxili Qoşunların hərbi qulluqçuları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyəti iştirak ediblər.
Mərasimin əvvəlində şəhidin məzarı önünə əklillər qoyulub, çiçəklər düzüb, ruhuna dualar oxunub, əziz xatirəsi yad edilib. Daha sonra isə çıxış edən tədbir iştirakçıları vətənpərvər övladlarımızın döyüşlərdə göstərdikləri sücaətlərdən, igidlik salnamələrdən danışaraq, xalqımızın hər biri ilə fəxr etdiyini bildiriblər.
Qeyd edəki ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə baş çavuş Vüqar Əkbərov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
















