Tovuzda sel suları fəlakətə səbəb oldu - VİDEO

Qeyri-sabit hava şəraiti bir sıra bölgələrdə olduğu kimi, Tovuzda da fəsadlar törədib. Rayonun Əsrik Cırdaxan kəndinə sel gəlib.
Vətəndaşlara, kənd yoluna, eləcə də elektrik xətlərinə ziyan dəyib. Kənd sakinləri yolun asfalt örtüyünün bir hissəsinin uçduğunu, digər hissələrin isə uçma təhlükəsi ilə üzləşdiyini bildiriblər.
"Yağış sularına və torpaq sürüşməsinə qarşı istinad divarı tikdirmişdim. Fəlakət nəticəsində həmin divar maşınımın üstünə uçub. Evimin iki otağına zərər dəyib, özüm də sinəmdən və kürəyimdən xəsarət almışam. Bura sərhəd zonası olduğuna görə ərazidə hərbi maşınlar çox işləyir. Bu gecə kənd camaatı ilə birlikdə yatmayıb, qarovul çəkdik ki, birdən həmin maşınlar əraziyə düşər", - deyə sakinlərdən biri bildirib.
Ətraflı Baku TV-nin süjetində:
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












