Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə İşçi qrupunun iclası keçirilib - FOTO

Bu gün Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafı üzrə İşçi qrupunun iclası keçirilib.
Avtosfer.az “Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı məlumata istinadən xəbər verir ki, toplantıda Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan üzrə aidiyyəti qurumların rəsmi şəxsləri iştirak edib.İclasda bildirilib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun bütün iştirakçılarının birgə səyi nəticəsində 2022-ci ildə dəhliz üzrə tranzit daşımaların həcmi əhəmiyyətli dərəcədə artıb. Dəhliz boyu proseslərin optimallaşdırılması sayəsində çatdırılma müddətini azaltmağa imkan verən bir sıra əməliyyat təkmilləşdirmələri həyata keçirilib. Əməliyyatların idarə edilməsi xidmətinin tətbiqi marşrutun Azərbaycan seqmentində bütün tərəflər arasında operativ əlaqənin təşkilinə imkan verib.
Toplantıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə tarif dərəcələrinin təsdiqi və konteyner qatarlarının hərəkəti zamanı onların dislokasiyası barədə məlumat mübadiləsi üzrə aparılan işlərin yekunlarına dair İşçi qrupunun hesabatı müzakirə edilib.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












