Türkiyə təyyarəsi təcili eniş etdi, 28 sərnişin qaçdı

Mərakeşin Kasablanka şəhərindən İstanbula səfər edən sərnişin təyyarəsində qeyri-adi hadisə yaşanıb.
Avtosfer.az xəbər verir ki, səfər zamanı hamilə bir qadının halı pisləşdiyindən təyyarə İspaniyanın Barselona şəhərində təcili eniş edib.
Təyyarənin Barselonanın “El Prat” Hava Limanına eniş etməsinin ardınca təyyarədən enən 28 nəfər uçuş zolağı boyu qaçmağa başlayıb. Qaçanlar arasında halı pisləşdiyini iddia edən həmin hamilə qadın da olub.
İspaniya polisi aralarında hamilə qadın da olan bu sərnişinlərdən 14-nü saxlayıb. Məlum olub ki, qadının əslində halı pisləşməyib və həmin şəxslər əvvəlcədən əlbir olaraq İspaniyada miqrant olaraq qalmağı planlaşdırıblar.
“DailyMail”in məlumatına görə isə, saxlanılan 14 nəfərdən 5-i könüllü olaraq ölkələrinə geri dönməyə razı olub.
Bununla yanaşı, sözügedən təyyarənin Türkiyənin “Pegasus” aviaşirkətinə məxsus olduğu, göyərtəsində ümumilikdə 228 sərnişinin olduğu qeyd olunub. (qafqazinfo)
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq











